“Vəkil vəsatətlərinin düzgün araşdırılmaması hallarını ən çox qaldırandan biri Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayev idi”


  • 18 Dekabr 2023 21:50

"Vəkil vəsatətlərinin düzgün araşdırılmaması və doğru qərarların qəbul edilməsi hallarını ən çox qaldırandan biri Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayev idi".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov “Report”a müsahibəsində bildirib.

“Suala gəldikdə isə buna həm Vəkillər Kollegiyasının sədri, həm də Məhkəmə-Hüquq Şurasının üzvü kimi cavab verəcəm. Bu mövzuda əsas mövqeyim ondan ibarətdir ki, bütün məhkəmələrdə məsələlər qanun müstəvisində həllini tapmalıdır. Vəsatət vermək vəkilin əsas prosessual imkanlarından biridir. Vəkilin iki silahı var: - birincisi natiqliyi, ikinci isə qələmi ilə hazırladığı şikayətlər, vəsatətlərdir. Vəkillərin verdiyi vəsatət kağız üzərində qalmamalıdır və qanun da bunu tələb edir ki, hər bir şikayət, hər bir vəsatət araşdırılmalıdır, düzgün qiymət verilməlidir. Vəkilin vəsatətlərinə etinasız yanaşmaq yolverilməzdir və kobud qanun pozuntusudur. Bu, ədalət mühakiməsinin obyektiv həyata keçirilməsinə ən böyük maneədir. Vəkil vəsatətlərinin düzgün araşdırılmaması və doğru qərarların qəbul edilməsi hallarını ən çox qaldırandan biri Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayev idi”, - Kollegiya sədri vurğulayıb.

Oxşar xəbərlər