- 14 İyun 09:58
“İlin vəkili” mükafatı təsis edilib.
Vəkillər Kollegiyasından e-huquq.az-a bildirilib ki, bu barədə qərar dekabrın 20-də Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.
Qeyd edilib ki, iclasda müxtəliflər nominasiyalar üzrə “İlin vəkili” mükafatının təsis edilməsi məsələsinə baxılıb.
Qərara alınıb ki, Kollegiyada hər il “İlin vəkili” seçiləcək. Nəzərə çatdırılıb ki, bu il dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə edən vəkil “İlin vəkili” adına layiq görüləcək.
Növbəti ildən etibarən isə həm dövlət hesabına, o cümlədən mülki, kommersiya, inzibati və cinayət işləri üzrə ən çox uğurlu nəticə qazanan vəkillər üçün də nominasiyalar təsis olunacaq.