“Azərbaycan vəkili” jurnalı yeni formatda buraxılacaq


  • 21 Dekabr 2023 10:03

“Azərbaycan vəkili” jurnalı yeni formatda buraxılacaq.

Vəkillər Kollegiyasından e-huquq.az-a bildirilib ki, bu barədə qərar dekabrın 20-də Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.

Qeyd edilib ki, iclas gündəliyinə uyğun olaraq, “Azərbaycan vəkili” jurnalının yeni formatda buraxılışa verilməsi məsələsinə baxılıb və müsbət qərar qəbul olunub.

Diqqətə çatdırılıb ki, baş redaktoru ARVK-nın sədri Anar Bağırov olan elmi-praktiki jurnal çapa hazırdır, redaksiya heyəti yerli və müxtəlif ölkələrin görkəmli hüquqşünas alimlərindən təşkil olunub, o cümlədən yeni beynəlxalq ISSN nömrəsi alınıb, eyni zamanda digər beynəlxalq qeydiyyatların alınması istiqamətində işlər gedir.

Oxşar xəbərlər