“İlin vəkil qurumu” mükafatı təsis edildi


  • 21 Dekabr 2023 11:56

Azərbaycanda “İlin vəkil qurumu” mükafatı təsis edilib.

Vəkillər Kollegiyasından e-huquq.az-a bildirilib ki, bu barədə qərar dekabrın 20-də Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.

Qeyd olunub ki, iclasda “İlin vəkil qurumu” mükafatının təsis edilməsi məsələsinə baxılıb və Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib.

Bildirilib ki, il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak edən vəkil qurumu “İlin vəkil qurumu” mükafatı adına sahib olacaq.

Oxşar xəbərlər