Ülvi Mehdiyev: "Vəkillik hüquqi dövlətin əsas sütunlarından biridir"


  • 27 Dekabr 2023 11:10

"Vəkillik hüquqi dövlətin əsas sütunlarından biridir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri Ülvi Mehdiyev "Vəkil günü" münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, "ASAN xidmət" mərkəzlərində vəkillər tərəfindən vətəndaşlara peşəkar hüquqi yardım göstərildiyini bildirib.

""ASAN xidmət" təkcə dövlət xidmətlərinin göstərildiyi bir məkan deyil, həm də dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlıq platformasıdır. Burada 400-ə yaxın xidmət göstərilir. Onlardan biri də hüquqi yardım və məsləhət xidmətidir. "ASAN xidmət"ə gündəlik 40 minə yaxın vətəndaş müraciət edir. Onların keyfiyyətli hüquqi yardımla təmin olunması "ASAN Xidmət"in nüfuzunun artırılmasında xüsusi rol oynayır", - deyə Ü.Mehdiyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər