Heydər Məmmədov: "Həyata keçirilən islahatlar nəticəsində vəkillik peşəsinə olan maraq artmaqdadır"


  • 27 Dekabr 2023 11:59

"Həyata keçirilən islahatlar nəticəsində vəkillik peşəsinə olan maraq artmaqdadır".

E-huquq.az xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov Vəkil günü" münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Vəkillik peşəsinin əsas qayəsi və niyəti insanlara yardım etmək, öz bilik və bacarıqlardan istifadə etməklə insanlara hüquqi yardım göstərmək, günahsız insanların təqsirsizliyini sübut etmək və cinayət törədən şəxslərə mümkün qədər humanist yanaşmanın tətbiq olunmasına nail olmaqdır. Vəkilin vicdanı, öz peşəsinə olan sevgisi, sədaqəti, ən əsası ədalətin bərqərar olunması, insan hüquqlarının müdafiəsi və ümidini ona bağlayan insana həyatda bir dəfə də olsun, şans verməkdən irəli gəlir. Bu şəxslər bəlkə də yalnız vəkili öz sirdaşı hesab edir. Vəkillər həmin şəxslərin təkcə hüquqlarını müdafiə etməsində deyil, həm də islah olunmasında böyük rol oynayır", - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər