Azərbaycanda daha 44 vəkil and içdi - FOTO


  • 27 Dekabr 2023 12:27

Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, mərasimdə VK-nın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.

VK-nın sədri Anar Bağırov tədbirdə qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

Daha sonra tədbirdə 44 nəfər yeni namizəd and içib.

Onlara yeni nəsil VK üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 2 431 nəfərə çatıb.

Vəkilliyə namizəd olan qazi Elman Məcidov çıxış edərək vəkil peşəsinə yiyələndiyi üçün qürur duyduğunu, vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsi ilə bağlı VK Rəyasət Heyətinə minnətdar olduğunu vurğulayıb.

Oxşar xəbərlər