"Vəkillik institutu üzərinə düşən öhdəlikləri layiqincə həyata keçirməklə yüksək nüfuz qazanıb"


  • 28 Dekabr 2023 18:24

"Hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsində, o cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında və ümumən hüququn inkişafında vəkillik institutunun rolu danılmazdır".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev 28 dekabr - "Vəkil günü" münasibətilə təbrikində deyib.

O bildirib ki, hər bir cəmiyyətdə yüksək hüquq mədəniyyəti və ədalət mühakiməsinə inam mühitinin formalaşması və inkişafında məhkəmə hakimiyyəti ilə vəkillik institutu arasında faydalı əməkdaşlıq əlaqələrinin mövcudluğu vacibdir.

"Sevindirici haldır ki, vəkillik korpusumuz bu sahədə yüksək peşəkarlıqla üzərinə düşən öhdəlikləri layiqincə həyata keçirməklə, ölkəmizdə yüksək nüfuz qazanıb. Başda hörmətli Anar Bağırov olmaqla, bu sahədə fəaliyyətini vicdanla həyata keçirən hər bir vəkili "Vəkil günü" münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və bu yolda yeni uğurlar arzulayıram!", - deyə S.Hacıyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər