Anar Bağırov vəkil korpusu adından Prezidentə minnətdarlığını bildirib


  • 28 Dekabr 2023 19:23

"Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu ildə vəkillərimizin peşə bayramı günündə cənab Prezident tərəfindən təltif olunmaları xüsusilə qürürverici haldır. Bu səbəbdən Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərdiyi etimada görə ölkəmizin vəkil korpusu adından təşəkkür edirəm".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, müasir Azərbaycan vəkilliyinin inkişafı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır.

"Əgər bu gün ölkəmizdə müasir vəkillik vətəndaş cəmiyyətinin əsas institutlarından biri və insan hüquqlarının peşəkar müdafiəsində dayanan təsisat kimi qəbul olunursa, bunun arxasında məhz vəkilliyin inkişafı ilə bağlı qəbul edilən fərman və sərəncamlar durur.

Ölkəmizin inkişafı, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, aparılan məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsində Azərbaycan vəkilliyinin hər zaman cənab Prezidentin yanında əzmlə dayanacağını, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyimizi bir daha bəyan edirəm", - deyə sədr vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Vəkil Günü" peşə bayramı münasibətilə bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Vəkillər Kollegiyasının 11 üzvü təltif edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər