Bu il dövlət hesabına hüquqi yardıma görə vəkillərə 5 milyon manat vəsait ödənilib


  • 30 Dekabr 2023 12:38

2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39 830 qərarın icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təmin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

Onun sözlərinə görə, icrası təmin olunmuş qərarlar üzrə ümumilikdə 4 999 982 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər