Anar Bağırov Bakıda vəkilin intihar etməsinə münasibət bildirdi


  • 1 Yanvar 20:42

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda vəkilin özünü yandıraraq intihar etməsinə münasibət bildirib.

A.Bağırov e-huquq.az-a açıqlamasında deyib ki, vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb.

"Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə dərhal Salyan Rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdri Zaur Məmmədovun son zamanlar gərgin olduğunu bildirdi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb", - deyə sədr qeyd edib.

O bildirib ki, hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır: "Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq".

A.Bağırov mərhum Z.Məmmədovun vəfatından dərindən kədərləndiyini bildirib və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.

Qeyd edək ki, Z Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Z.Məmmədov Salyan Rayon Vəkil Bürosunun vəkili olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər