Vəkillərin nəzərinə!


  • 8 Yanvar 15:22

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Akademik hüquqi yazı” adlı təlim keçiriləcək.

E-huquq.az xəbər verir ki, təlimdə iki mövzu üzrə - beynəlxalq hüquq, insan hüquqları və informasiya hüququ üzrə ekspertlər - Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Gülnaz Rzayeva və BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Şahin Məmmədrzalı tərəfindən məruzələr ediləcək.

1. Akademik hüquqi yazının növləri və beynəlxalq təcrübə

2. Akademik hüquqi yazının strukturu və quruluşu.

Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəkdir.

İştirak etmək istəyən vəkillər müraciət edə bilərlər:

https://forms.gle/wtyHvF5RmtSanayM9

Təlim 13 yanvar 2024-cü il tarixində saat 10:30-da Hüquq və İnsan Haqları İnstitutunun konfrans zalında (Ünvan: 125 Hüseyn Cavid Prospekti, Bakı 1073) baş tutacaq.

Əlaqələndirici şəxs: (+994) 50 738 24 07 Rəşad Həsənəliyev - Vəkillər Kollegiyasının Akademiyası.

academy@barassociation.az

rashad.hasanaliyev@barassociation.az

Oxşar xəbərlər