Ötən il 8 vəkilin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət edilib


  • 17 Yanvar 10:35

Ötən il Vəkillərin İntizam Komissiyasında qəbul edilən rəylər üzrə Rəyasət Heyəti tərəfindən 217 qərar çıxarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Kollegiyanın 2023-cü ilə dair hesabatında qeyd edilib.

Belə ki, 33 (15%) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 21 (10%) irad, 20 (9%) töhmət, 80 (37 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 46 (21%) qiymət verilməsinin mümkün olmaması, 9 (4%) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 8 (4%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.

Oxşar xəbərlər