Anar Bağırov: "Vəkillər "Elektron məhkəmə" sistemi ilə bağlı haqlı etiraz edirlər"


  • 28 Fevral 11:20

"Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli sərəncamında vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası barədə müvafiq tapşırıqlar verilib. Lakin təəssüf ki, bu işlər tam yekunlaşmayıb. Bu gün əminliklə deyə bilmirik ki, "Elektron vəkillik" "Elektron məhkəmə" sisteminə tam inteqrasiya edib".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu sahədə bir çox problemlər mövcuddur: "Biz kollegiya olaraq çalışırıq ki, sənədləşmə və kargüzarlıq işləri elektron qaydada aparılsın. Hazırda əsas hədəflərimizdən biri "Elektron vəkil orderi"nin tətbiq edilməsidir. Lakin bunun üçün "Elektron məhkəmə" sistemi tam hazır olmalıdır. Bundan başqa, düşünürəm ki, "Elektron istintaq" sisteminin yaradılmasının vaxtı gəlib çatıb. "Elektron vəkilik", "Elektron istintaq", "Elektron məhkəmə" və "Elektron hökumət" vəhdət təşkil etməlidir. Kollegiyanın sədri olaraq dəfələrlə bu cür iradlar eşitmişəm ki, hakimlər işləri eyni vaxta təyin edir. Hesab edirəm ki, vəhdət olduqda bu hallar aradan qalxacaq".

Sədr vəkillərin "Elektron məhkəmə" sistemində qarşılaşdıqları problemdən də danışıb: ""Elektron məhkəmə" sistemi ilə bağlı vəkillər haqlı etiraz edirlər. Arzu edirəm ki, narazılıqlar aradan qalxsın".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər