"Vəkil qanunu pozursa, əvvəlki fəaliyyət və xidmətlərindən asılı olmayaraq, cəzasını alacaq"


  • 28 Fevral 11:55

"Vəkillər Kollegiyası vəkillərin yol verdikləri pozuntularla bağlı lazımi tədbirlər görür".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, vəkillərlə bağlı intizam işlərinin azaldığını bildirib.

"Yol verilən qanun pozuntuları Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırılır. Qanun çərçivəsində müvafiq qərarlar qəbul edilir. Təbii ki, cəzalanan vəkillər də olur. Əksi mümkün deyil, çünki qanun hamı üçün qanundur. Vəkil qanunu pozursa, stajından, əvvəlki fəaliyyət və xidmətlərindən asılı olmayaraq, cəzasını alacaq. Heç kimə güzəşt yoxdur. Vəkillər Kollegiyasının mövqeyi və siyasəti bundan ibarətdir. Bizim üçün toxunulmaz vəkil yoxdur. Qeyri-proessual münasibətlər yolverilməzdir və bu hallar ölkədə məhkəməyə, istintaqa, dövlətin maraqlarına ziddir. Ona görə də hər kəs öz işini qanun çərçivəsində qurmalıdır. Bizim əsas istəyimiz odur ki, vəkillərin göstərdiyi hüquqi yardıma görə qeyri-rəsmi ödənişlər olmasın, ödənişlər nağdsız qaydada aparılsın və tam şəffaflıq təmin olunsun. Bunun üçün əlimizdən gələni edirik. Görünən odur ki, bu işlər öz effektini verməkdədir. Çünki vəkillər barədə başladılan intizam işlərinin sayı azalmaqdadır", - deyə sədr qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər