Azərbaycanlı vəkil Lahor Ali Məhkəməsinin Vəkillər Kollegiyasının fəxri üzvü oldu - FOTO


  • 14 Mart 12:35

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva Lahor Ali Məhkəməsinin Vəkillər Kollegiyasının Fəxri Üzvlüyünü alıb.

E-huquq.az-ın məlumatına görə, Lahor Ali Məhkəməsinin Vəkillər Kollegiyasında Vəkillər Kollegiyasının prezidenti Maqsood Buttar və vitse-prezidenti Rabbiya Bajva Fəxri Üzvlük sertifikatını vəkil Aygün Əliyevaya təqdim edib.

Mükafatlandırma mərasimi martın 8-də Pakistanın Lahor şəhərində Lahor Ali Məhkəməsinin Vəkillər Kollegiyasının mərkəzi ofisində keçirilib. Mərasimdə çoxlu sayda vəkillər iştirak edib.

Pakistan Federal Hüquq və Ədliyyə Naziri Raja Naeem Akbar Aygün Əliyevanı qəbul edib. Daha sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Aygün xanımı qəbul edib. Səfirimiz Aygün Əliyevanı Fəxri üzvlüyünə görə və beynəlxalq hüquq fəaliyyətinə görə təbrik edib, uğurlar diləyib. Səfir Aygün xanımın beynəlxalq hüquq münasibətlərini təqdirə layiq addım kimi qiymətləndirib.

Qeyd edək ki, Aygün Əliyeva həm Azərbaycan Vəkillər Kollegiyasının, həm də İstanbul 2 Nömrəli Kollegiyasının üzvü və Beynəlxalq hüquq komissiyasının sədridir. İstanbul mərkəzli “Rok Uluslararası Danlşmanlık” firmasının təsisçisidir. Uzun müddətdir hüquq sahəsində beynəlxalq fəaliyyətləri nəticəsində bu fəxri üzvlüyə qəbul edilib.

Xatırladaq ki, Aygün Əliyeva 2 il əvvəl İslamabad Ali Məhkəməsinin Vəkillər Kollegiyasının Fəxri Üzvü olmuşdu.

Qeyd edək ki, o, Lahor Ali Məhkəməsinin Vəkillər Kollegiyasının Fəxri Üzvlüyünü alan ilk azərbaycanlı vəkildir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər