Anar Bağırov: “Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır”


  • 25 Aprel 17:31

"Biz hüquqşünas kadrların hazırlanmasında ali təhsil müəssisələrinə kömək etməyə hazırıq".

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

"Biz Vəkillər Kollegiyasının Akademiyasını təsis etmişik. Həmin Akademiyada kifayət qədər hüquq alimləri fəaliyyət göstərir. Akademiya hüquqşünas tələbələrin hazırlanmasında ali təhsil müəssisələrinə yardımçı ola bilər", - deyə o bildirib.

Sədr Vəkillər Kollegiyasının daim gənc hüquqşünaslara dəstək olduğunu qeyd edib: “Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır. Yay və qış hüquq məktəblərində 300-dən çox tələbə iştirak edir, yüzlərlə tələbə hər il vəkil qurumlarında təcrübə keçir, tələbələrə fərdi təqaüdlər verilir və hüquq fakültələrinin layihələrinə sponsorluq edilir, əməkdaşlıq memorandumları və s. Bütün bu tədbirlərin nəticəsində vəkillik gənc hüquqşünaslar arasında ən populyar peşəyə çevrilib.

Gənc hüquqşünasların bütün müraciətlərinə müsbət cavab veririk. Bu bizim siyasətimizdir. Gənclər üçün təşkil olunan bir çox layihələrə maddi dəstək göstəririk. Vəkillər Kollegiyası tərəfindən gənc hüquqşünaslar üçün təhsil proqramları və təqaüdlər nəzərdə tutulub. Biz onları da stimullaşdırmağa çalışırıq. Aydın məsələdir ki, gənc hüquqşünasların gələcəkdə vəkil olması, vəkilliyə maraq yaratmaq əsas istəyimizdir. Biz gənclərin gələcəkdə vəkillik peşəsini seçməyini arzulayırıq. Çox istərdik ki, dövlət və qeyri-hökumət təşkilatları tərəfindən də gənc hüquqşünaslara dəstək göstərilsin".

Oxşar xəbərlər