Anar Bağırov: "Naxçıvanda vəkillik sahəsində ciddi irəliləyişin şahidi oluruq"


  • 7 May 13:44

"Vəkillər Kollegiyası olaraq bizi çox narahat edən məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində inkişafın digər bölgələrlə müqayisədə daha ləng getməsi idi. Lakin görülən tədbirlər nəticəsində son bir il ərzində Naxçıvanda bu sahədə ciddi irəliləyişin şahidi olmuşuq".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

A.Bağırov Naxçıvanda artıq ikinci vəkil bürosunun açılışının olduğunu bildirib: "Əsas məqsədimiz ölkəmizin hər yerində insanların keyfiyyətli hüquqi yardımla təmin olunmasıdır".

O, son bir ildə Naxçıvanda vəkillərin sayının xeyli artdığını bildirib: "Aparılan islahatlar nəticəsində vəkillərin sayı sabahdan etibarən 100 faizdən çox artacaq. Bu, çox ciddi irəliləyişdir. Artım bundan sonra da davam edəcək. Biz, Kollegiya olaraq Naxçıvanla bağlı qarşımıza qoyduğumuz bütün vəzifələri icra edirik. Təbii ki, gələcək ilə bağlı da planlarımız var. Çox istərdik ki, Naxçıvanın digər bölgələrində vəkil büroları yaradılsın. Vəkillər Kollegiyası bunun üçün bütün lazımi dəstəyi göstərəcək. Keçən ildən etibarən hər ay Naxçıvan Muxtar Respublikası ərazisində vəkillər tərəfindən pulsuz hüquqi yardım aksiyaları keçirilir. Bu gün də belə bir aksiya keçirildi. Vətəndaşlarla görüş zamanı məlum oldu ki onlar artıq inamla vəkilə müraicət edir, onları narahat edən, maraqlandıran suala cavab tapırlar. Vəkilliyin əsas məramı insanları narahat edən hüquqi problemlərin həllində iştirak etməkdir. Azərbaycan vəkilliyi bunun üçün nə lazımdırsa, edib və edəcək".

Oxşar xəbərlər