Anar Bağırov: "Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndərin adı ilə bağlıdır"


  • 8 May 10:44

"Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapıb. Bununla da vəkilliyə yüksək konstitusion status verilib".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, bütün bu fəaliyyətin məntiqi davamı olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilib.

"Heydər Əliyevin əsas olaraq müəyyən etdiyi fəaliyyət istiqamətləri cənab Prezidentimiz İlham Əliyev və 1-ci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən daha da sürətləndirilib, beynəlxalq münasibətlərin inkişafı tam təmin edilib", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər