"Vəkillik təsisatının gücləndirilməsi ölkə rəhbərliyinin Azərbaycan Vəkilliyinə diqqət və qayğısının bariz nümunəsidir"


  • 8 May 10:48

"Məhkəmə-hüquq sahəsində əsası Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi islahatlar cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu islahatların dərinləşməsi, o cümlədən vəkillik təsisatının gücləndirilməsi ölkə rəhbərliyinin Azərbaycan Vəkilliyinə diqqət və qayğısının bariz nümunəsidir: "Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il fevralın 22-də imzaladığı Sərəncam bu sahədə atılan vacib addımlardan biridir. Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi vurğulanıb".

Oxşar xəbərlər