Vəkil olmaq istəyənlərin nəzərinə!

Vəkil olmaq istəyənlərin nəzərinə!


  • 24 Yanvar 2020 17:10

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 31 yanvar 2020-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

E-huquq.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək və imtahanda 245 namizəd iştirak edəcək.

İmtahanda iştirak edəcək namizədlərdən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə 31 yanvar 2020-ci il tarixdə saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzinə gəlmələri xahiş olunur.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Oxşar xəbərlər