Anar Bağırov: "Fuad Nəcəfliyə vəkilliyə yüksək dəyər verdiyi üçün vəkil korpusu adından minnətdaram"


  • 9 May 20:44

"Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi, fəxri vəkil cənab Fuad Nəcəfliyə vəkilliyə çox yüksək dəyər verdiyi üçün, peşəmizə olan diqqəti və qayğısına görə bir daha ölkəmizin vəkil korpusu adından öz dərin minnətdarlığımı bildirirəm".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Qeyd edək ki, mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında (MR) "Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə ARVK Rəyasət Heyətinin qərarına əsasən, Naxçıvan MR-də vəkilliyin inkişafına verdiyi töhfələrə görə F.Nəcəflinin ARVK-nın "Fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyası Prezidentin səlahiyyətli nümayəndəsinə təntənəli surətdə təqdim olunub. Həmçinin F.Nəcəfli “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Oxşar xəbərlər