Sədr: "Vəkilliyə qəbul imtahanının sualları ilə bağlı yeniliklər edilib"


  • 26 May 11:35

"Vəkilliyə qəbul üzrə bügünkü yazılı test imtahanı əvvəlki imtahanlara niabətən asan olacaq".

Bunu e-huquq.az-a açıqlamasında vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, imtahan suallarının seçimində müəyyən yeniliklər edilib: "Zənnimcə, bugünkü imtahan namizədlər üçün daha rahat olacaq. Düzdür, əvvəlcədən proqnoz vermək çətindir. Lakin gözləntilərimiz çox böyükdür. İnanırıq ki, kifayət qədər namizəd növbəti mərhələyə keçəcək. Hədəfimiz odur ki, yaxın zamanda ölkəmizdə vəkillərin sayı 3 minə çatsın. Beləliklə, ölkə vətəndaşlarının sayına düşən vəkil sayı artsın. Hər bir vərəndaşın yüksək keyfiyyətli hüquqi yardıma çatımlığı təmin olunsun".

Sədr vəkillik peşəsinə çox böyük maraq olduğu söyləyib: "Bu gün ölkəmizdə vəkillik peşəsi hüquqşünaslar arasında çox populyardır. Vəkil olmaq istəyənlərin sayı çoxdur. Ona görə də ilin sonuna kimi daha bir yazılı test imtahanının keçirilməsini nəzərdə tutmuşuq".

Xəyalə Bünyatova

Oxşar xəbərlər