Vəkillər Kollegiyasının yeni inzibati binasının yaradılması ilə bağlı işlər tamamlanmaq üzrədir


  • 26 May 12:07

"Vəkillər Kollegiyasının yeni inzibati binasının yaradılması ilə bağlı işlər tamamlanmaq üzrədir".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, yeni binanın tikinti və təmir işlərini Vəkillər Kollegiyası öz vəsaiti hesabına aparacaq: "Çox təəssüf ki, bununla bağlı adiyyəti dövlət qurumları və hökümətə etdiyimiz müraciətə hələ ki müsbət cavab almamışıq".

A.Bağırov onu da bildirib ki, bu il Gəncədə yeni regional vəkil bürosunun açılışı olacaq: "Hazırda büroda əsaslı təmir işləri davam edir. Qərb bölgəsində fəaliyyət göstərən vəkillər üçün lazımi şərait yaradılacaq".

Xəyalə Bünyatova

Oxşar xəbərlər