- 15 Fevral 13:51
Vəkillər Kollegiyasında (VK) peşə hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə Fəaliyyət Planı təsdiq edilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə qərar iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında qəbul olunub.
Bildirilib ki, cari ilin avqust-sentyabr aylarında paytaxt və regionallarda təlimçilər tərəfindən "Elektron vəkil orderi" ilə bağlı hibrid formatında təlimlər keçiriləcək. Eyni zamanda iclasda icbari təlimlərin təşkil edilməsinin önəmli olduğu vurğulanıb.