- 13 İyun 11:05
Vəkillər Kollegiyasının Aparatında yeni təyinatlar olub.
E-huquq.az-ın məlumatına görə, Rəyasət Heyətinin ötən gün keçirilən iclasında bu barədə qərar qəbul olunub.
Belə ki, Kollegiya Aparatının əməkdaşı Əli Mirzəyev İnsan resursları Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsi isə Gözəl Hüseynzadəyə həvalə olunub.