- 13 İyun 11:05
Yol verdiyi intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilib.
E-huquq.az-ın məlumarına görə, bu barədə qərar Rəyasət Heyətnin ötən gün keçirilən iclasında qəbul olunub.
Həmçinin 1 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması, 4 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 6 vəkilə isə xəbərdarlıq olunub.