Məzmuna keç

“Avropa vəkillər kollegiyaları rəhbərlərinin 48-ci toplantı”sı keçirildi- FOTOLAR

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə “Avropa vəkillər kollegiyalarının rəhbərlərinin 48-ci toplantı”sında iştirak edib. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə “Avropa vəkillər kollegiyalarının rəhbərlərinin 48-ci toplantı”sında iştirak edib.

E-huquq.az xəbər verir ki, bu barədə A. Bağırov özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

Ənənəvi olaraq Vyana şəhərində keçirilən konfransda əsas etibarilə Avropa Şurasına üzv olan ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri, habelə Beynəlxalq Vəkillər Kollegiyaları Assosiyası, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının prezidentləri, bir sıra digər peşəkar regional təşkilatların təmsilçiləri iştirak ediblər.

“Demokratiya və qanunun aliliyi” mövzusuna həsr olunmuş budəfəki konfransda Avstriyanın sabiq kansleri Bricit Birlayn, Avstriyanın sabiq prezidenti Haynz Fişer, Avropa İttifaqının ədliyyə komissarı Didiyer Reynders, Avstriyanın ədliyyə naziri Alma Zadiç və digər rəsmilər tərəfindən çıxışlar edilib. Qeyd olunmalıdır ki, konfrans çərçivəsindən tədbirə qatılan müxtəlif ölkələrin vəkillər kollegiyaları tərəfindən müvafiq olaraq həmin ölkələrdə vəkil peşəsinin durumu barədə hesabatlar təqdim olunub, bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri tərəfindən çıxışlar edilmiş və problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

Tədbir çərçivəsində Avstriyanın Baş Kansleri Kristian Kurz tərəfindən qonaqların təntənəli qəbulunun keçirilmişdir. Konfrans ərzində bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi arasında görüşlər keçirilmiş, gələcək əməkdaşlığın qurulması, təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.

Rəsmi səfərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sayad Qılıcov da iştirak ediblər.