- 17:47
"Qarabağ Universitetinin tələbələrinin bu yarışda iştirak etməsi xüsusilə əlamətdar hadisədir".
E-huquq.az xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Respublika Hüquq Olimpiadası"nın açılış mərasimində çıxşı zamanı deyib.
O, olimpiadanın artıq ikinci dəfə keçirildiyini söyləyib: "Burada iştirak etmək çox qürurvericidir. Olimpiada "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilir. 2025-ci il deyərdim ki, hüquqşünasların ilidir. Hüquq sahəsi ilə bağlı olan qurumlarda xeyli sayda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hüquq olimpiadası da buna bariz nümunədir. Biz Fond olaraq belə tədbirlərə daim dəstək göstəririk. Gəncləri öz potensiallarını inkişaf etdirməyə və uğurlu addımlar atmağa çağırıram".
Şəbnəm Mehdizadə