Şaiq Mirzəyev: "Gənc hüquqşünasların bilik və bacarıqlarının artırılmasına töhfə verməyə çalışırıq"


  • 14:57

"Gənclər arasında belə yarışların təşkili onlar üçün bir növ motivasiya yaradır".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin direktoru Şaiq Mirzəyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Respublika Hüquq Olimpiadası" ilə bağlı danışarkən deyib.

O, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbiri yüksək qiymətləndirib.

"Bu gün burada iştirak edən gənclər bizim gələcəyimizdir. Biz gənc hüquqşünaslarımızın bilik və bacarıqlarının artırılmasına hər zaman töhfə verməyə çalışırıq", - deyə Ş.Mirzəyev qeyd edib.

Qeyd edək ki, "Mirzayev and Partners Law Firm" hüquq şirkəti "Respublika Hüquq Olimpiadası"nın tərəfdaşıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər