- 19:05
“Ölkənin hüquq təhsili verən bütün mötəbər ali təhsil ocaqları bu gün “Respublika Hüquq Olimpiadası”nda təmsil olunur”.
Bu sözləri e-huquq.az-a açıqlamasında “Ekvita” şirkətinin təsisçisi və direktoru İlqar Mehti söyləyib.
“Bildiyiniz kimi, “2025-ci il Konstitusiya və Suverenlik ili” kimi qeyd olunur. Belə bir ildə “Respublika Hüquq Olimpiadasının” keçirilməsi, fikrimcə, çox təqdirəlayiqdir. Olimpiadada 8 komanda iştirak edir. Mən yarışmanın münsiflər heyətində təmsil olunuram. Tələbələrlə bərabər biz də həyəcanlıyıq. Bu olimpiada mənə öz tələbəlik illərimi xatırlatdı. Vaxtilə biz də belə yarışmalarda iştirak edirdik. Tələbə kimi keçirdiyimiz həyəcanı indi münsif kimi yenidən yaşayıram. Suallar çox çətin olsa da, tələbələrin cavabları bizi qane edir. Bu, tələbələrin bu olmipiadaya hazırlıqlı gəlməsinin göstəricisidir. Əslində bu yarışmada iştirak etmək elə qalib olmaq deməkdir. Öz növbəmdə bütün tələbələrə uğurlar arzu edirəm”, - deyə o bildirib
Şəbnəm Mehdizadə