Azərbaycanlı şagirdlər Beynəlxalq Robot Müsabiqəsində iştirak edəcək
Türkiyənin Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsi tərəfindən təşkil edilən və bu il 17-ci dəfə keçiriləcək "Beynəlxalq MEB Robot Yarışması"na hazırlıqlar tamamlanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müsabiqə bu il 21-24 may tarixlərində Kayseridə Kadir Has Konqres Mərkəzində keçiriləcək.
Yarışda 14 ölkənin iştirakı gözlənilir.
Qeyd edək ki, təxminən 10 500 iştirakçı 3 903 robotla yarışacaq.
Azərbaycandan müsabiqəyə 12 şagird qatılıb.
Humay Eminqızı

