23.10.2026
İnnovasiya və Təchizat Mərkəzi 5 milyon manatlıq sifariş verdi
Xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 5 milyon manatlıq sifariş verdi

May 21, 2025

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsinin HPE, Cisco markalı server və şəbəkə avadanlıqlarının mövcud lisenziyalarının və zəmanət müddətlərinin, həmçinin VmWare və Veeam Backup lisenziyalarının müddətlərinin uzadılmasının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Ultra Technologies" MMC olub.

Məlumata görə, qalib şirkətə 4.810.523,7 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə