- 00:25
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
E-huquq.az xəbər verir ki, Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski bu gün axşam saatlarında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış, oğlu daha sonra sərbəst buraxılmışdı.
Şahin Şıxlinskinin azad edilməsi barədə xəbəri Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.
***
21.12
“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.
E-huquq.az-ın "66.RU" teleqram kanalına istinadən verdiyi məlumata görə, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib.
Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.