- 2 İyul 20:23
Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı araşdırmalara başlanıb.
E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan çoxsaylı Azərbaycan vətəndaşları əvvəlki illərdə baş vermiş cinayətlərə görə saxlanıb: “Onlara bərk, küt əşyalarla çoxsaylı zərbə vurularaq, ağır zərbələr yetirilib. Hüseyn Səfərov aldığı zərbələrdən elə həmin gün saat 15 radələrində Yekaterinburq DİN inzibati binasında, Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhəri gün əməliyyat qurumları aməxsus avtomobildə daşınartkən dünyasını dəyişib. Meyitlər ölkəmizə gətirilib, tibb ekspertizası təyin edilib. Baş Prokurorun birinci müavinin qərarı ilə geniş tərkibdə istintaq qrupu yaradılıb, cinayət işinin ibtidai istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülb”.
Mənbə: APA