- 20:36
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.
E-huquq.az səfirliyə istinadən xəbər verir ki, bu vəzifəyə Emi Karlon təyin edilib.
Bildirilib ki, Emi Karlon bu həftə Bakıya gələcək.
Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb. O, ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.
Emi Karlon 2022-ci ilin iyunundan 2024-cü ilin avqustunadək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. O, İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.