"Bu, icra məmurlarının iş yükünün azalmasına imkan yaradacaq"


  • 13:58

"Bu gün bir icra məmurunun ortalama iş yükü 2 800-2900 icra sənədidir. Bu da icra sənədlərinin vaxtında icra edilməsinə çətinliklər yaradır".

E-huquq.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xüsusi icra məmurları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, xüsusi icra məmurları əlavə dəstək verici bir mexanizm olaraq çıxış edir: "Bu, dövlət icra məmurlarının iş yükünün xeyli sayda azalmasına imkan yaradacaq. Eyni zamanda dövlət xərclərinin səmərəli idarə olunmasına kömək edəcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər