Birinci Qarabağ müharibəsində itkin düşən üç hərbçinin qalıqları Kəlbəcərə gətirilib


  • 14:58

Birinci Qarabağ müharibəsində itkin düşən üç Kəlbəcər sakininin qalıqları ailələrinə təhvil verilib.

E-huquq.az xəbər verir ki, Kəlbəcər rayonunun Taxtabaşı kənd sakinləri olan hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlunun qalıqları Kəlbəcər şəhərinə gətirilib.

Hazırda şəhidlərlə vida mərasimi keçirilir. Qalıqlar bu gün Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcək.

Bu, işğaldan azd ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir.

Qeyd edək ki, hər üç şəxs 1993-cü il martın 27-də Kəlbəcərin Çıraqlı kəndi istiqamətinfə itkin düşüblər.

Oxşar xəbərlər