"Xüsusi icra məmurları icra sahəsindəki problemlərin həllinə kömək edəcək"


  • 17:45

"Bu gün həqiqətən də icra məmurlarının üzərinə düşən iş həcmi həddindən artıq çoxdur. Bu da, təbii olaraq, məhkəmə qərarlarının icrasında ciddi ləngimələrə, bəzən isə onların ümumiyyətlə icra olunmamasına səbəb olur".

Bu sözləri e-huquq.az-a açıqlamasında vəkil Nərmin Əliyeva "Xüsusi icra məmurları haqqında" Qanun layihəsini şərh edərkən deyib.

O hesab edir ki, yeni qanun layihəsi icra məmurlarının iş yükünün azaldılmasına yönəlmiş və vətəndaşların hüquqlarının müdafiəsinə xidmət edən mütərəqqi bir addımdır.

"Xüsusi icra məmurları məhkəmə qərarlarının icrası sahəsində mövcud problemlərin aradan qaldırılmasına kömək edə və bu sahədə əhəmiyyətli, müsbət dəyişikliklərə səbəb ola bilər", - deyə vəkil bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər