- 17:53
Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı, 8 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, həmin tenderin dəyəri 2.866.080,00 manat olub.
Şəbnəm Mehdizadə