Baş nazir qərar imzaladı


  • 17:53

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması” təsdiq edilib.

E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı pasportların 1 il müddətində mədəniyyət sahəsində elektron məlumat sisteminə yerləşdirilməsini təmin etməlidirlər.

Oxşar xəbərlər