Əli Nəsirli vəfat etdi


  • 11 İyul 15:21

Tanınmış azərbaycanlı vəkil, Özbəkistan Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirli vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Ə.Nəsirli 18 yanvar 1950-ci ildə Azərbaycanda anadan olub. O, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Ə.Nəsirli 2022-ci ildə Azərbaycan Vəkillər Kollegiyası tərəfindən "Fəxri Vəkil" adı ilə təltif edilmişdi.

Oxşar xəbərlər