"Terrorla mübarizədə Türkiyəyə ən böyük dəstəyi Azərbaycan verir" - Deputat


  • 14 İyul 11:24

"Terrorsuz Türkiyə üçün real addımlar atılır".

E-huquq.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O, Türkiyədə terrorla mübarizədə əldə edilən uğurlardan danışıb.

Deputat bildirib ki, PKK terror təşkilatı artıq silahı yerə qoymağa başlayıb: Terrorla mübarizədə Türkiyəyə ən böyük dəstək Azərbaycandan gəlir və bu, Azərbaycanın regiondakı rolunun nə qədər mühüm olduğunu bir daha sübut edir".

F.Mustafa deyib ki, terrorizmi dəstəkləyən cəmiyyətlər məhvə məhkumdur: "Türkiyə hazırda bu qüvvələrdən qurtulmaq imkanına malikdir və bu, ölkənin böyük uğuru olacaq. Terrora sərf edilən resurslar iqtisadiyyatın inkişafına və sosial sahənin gücləndirilməsinə yönəldiləcək. Bu isə Türkiyənin möhkəmlənməsinə təkan verəcək. Bütün bu proseslər bütövlükdə Türk dünyasının xeyrinədir. Azərbaycan isə qardaş Türkiyəyə bu yolda daim dəstək verməyə hazırdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər