"Vəzifəyə yeni gələn bəzi məmurlar işçiləri işdən çıxmağa məcbur edir"


  • 14 İyul 11:31

"Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik. Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var"

E-huquq.az xəbər verir ki, bunu Milli məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat, həmçinin pensiya yaşına yaxınlaşan dövlət qulluqçularının da işdən çıxarılmağa məruz qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, çox vaxt bu şəxslərə etimadsızlıqla yanaşılır.

"Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır", - deyə R.Nurullayev qeyd edib.

O, parlamentdə bu kimi hallara nəzarət üçün xüsusi komissiyanın yaradılması və müvafiq təkliflərin hazırlanmasının nəzərdən keçirilməsini təklif edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər