Parlamentdə dəfn pulu ilə bağlı məsələ qaldırıldı


  • 14 İyul 11:44

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında dəfn pulu ilə bağlı diqqətçəkən məsələ qaldırıb.

E-huquq.az-ın məlumatına görə, deputat bildirib ki, hazırda dəfn pulu yalnız işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Lakin bəzən belə hallar olur ki, vətəndaş pensiya yaşına çatmasına bir neçə ay qalmış dünyasını dəyişir və onun yaxınları dəfn pulundan məhrum qalır.

R.Nurullayev xatırladıb ki, bir neçə il öncə bu mövzu gündəmə gətirilərkən məsələ ilə bağlı haqlı narahatlıqlar olduğu vurğulanmış və müsbət həll üçün müəyyən addımların atıldığı bildirilmişdi.

O, məsələ ilə bağlı hazırkı vəziyyət barədə məlumatın verilməsini və ədalətli həllin tezliklə təmin olunmasını xahiş edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər