Deputat: "Terrorsuz Türkiyə" siyasəti artıq öz bəhrəsini verir


  • 14 İyul 11:52

"Türkiyədə terrora son qoyulur".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

O, Türkiyədə terrora qarşı aparılan mübarizənin müsbət nəticələrindən danışıb.

Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Terrorsuz Türkiyə" siyasəti artıq öz bəhrəsini verməkdədir. PKK terror təşkilatı silahlarını təhvil verir, onların bazaları sıradan çıxarılır və minlərlə insan dinc şəkildə ölkənin quruculuğuna qoşulur.

A.Mirzəzadə vurğulayıb ki, vaxtilə PKK Türkiyəni zəiflətmək məqsədilə yaradılmışdı, lakin Türkiyə öz gücünü nümayiş etdirərək bu təhlükədən qurtulub.

"Bundan sonra qardaş ölkə daha da güclənəcək", - deyə o əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər