- 14 İyul 14:56
2025-ci ildə Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli qərarında dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil Nazirliyi ilə yanaşı ölkənin şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin (hər birinə bir ədəd olmaqla) balansına verilməsi məqsədilə qanunvericiliyə uyğun tədbirlər görəcək.