- 15 İyul 19:28
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb.
Bundan əlavə, Moskvada Şahin Şıxlinskiyə qarşı iş açılıb, mənbənin E1.ru-ya verdiyi məlumata görə, cinayət işinin hansı maddə ilə başlandığı göstərilmir.
***
2025.07.15 0- 21:32
Yekaterinburqda Azərbaycan diasporasının rəhbərinin oğlu Mütvəli Şıxlinski oğlu saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Ura.ru" mənbəsinə istinadən məlumat yayıb.
“İlkin məlumata görə, Mütvəli iki saat əvvəl saxlanılıb. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi planlaşdırılır. Daha sonra barəsində həbs qətimkan tədbiri müəyyən ediləcək”, – deyə mənbə bildirib.
"RBK"nın məlumatına görə də, Mütvəli Şıxlinski saxlanılıb və hazırda dindirilir. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ məlum deyil.
"E1" portalının iddiasına görə isə, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mütvəli Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirilməsi olub.