Məzmuna keç

Hərbi xidmətdən yayınma hallarında ciddi azalma qeydə alınıb

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin eyni dövründə hərbi xidmətdən yayınma ilə bağlı cinayətlərin sayı 43,9% azalıb.

E-huquq.az xəbər verir ki, bu barədə Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə halları 45,3%, fərarilik cinayətləri isə 70% azalıb.