2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 10,9%, qeyri-hərbi cinayətlər 2,5% azalıb.
E-huquq.az xəbər verir ki, bu barədə hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında məlumat verib.
O, həmçinin qeyd edib ki, hərbi xidmət əleyhinə cinayətlər isə 18,6 faiz azalıb.
